Paralimpiyaçılarımız ilk dəfə qış idman növü üzrə yarışda iştirak edəcəklər
Azərbaycan Paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq idmançılarımız qış idman növü üzrə beynəlxalq yarışa qatılacaqlar.
Sportfm.az xəbər verir ki, milli komandamızın üzvləri Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımova (snoubord) Asiya çempionatında iştirak etmək üçün yanvarın 31-də Tehrana yola düşüblər. Yarışlar yanvarın 31-dən fevralın 7-dək keçiriləcək.
Bununla əlaqədar Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarla görüşüb, onların hazırlıq vəziyyəti ilə maraqlanıb. O, idmançılarımızın qış idman növü üzrə ilk beynəlxalq yarışda iştirak etmələrini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.
İdmançılarımız yarışa hazırlıq məqsədilə yanvarın 14-25-də “Şahdağ” qış-yay turizm kompleksində təlim-məşq toplanışında iştirak ediblər.
Oxşar xəbərlər
İlqar Rəhimov atletlər kəndində idmançılarla görüşdü - Tokio-2020
Azərbaycanın paralimpiya yığması Tokioya yola düşdü - FOTO
İlham Zəkiyev cüdo üzrə paralimpiya yığmasının üzvləri ilə görüşdü - FOTO
Azərbaycan paralimpiya hərəkatı tarixində ilk dəfə medal qazandı
Paralimpiyaçılarımız üçün mühüm sınaq - İlk dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası