reklam
Kalqari 2026-cı il Qış Olimpiya Oyunlarınından imtina edəcək
Sportfm.az xəbər saytı

Kalqari 2026-cı il Qış Olimpiya Oyunlarınından imtina edəcək


Kalqari 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək ideyasından imtina edə bilər.

Sportfm.az xəbər verir ki, Kanadada Oyunların maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları əmələ gəlib. Bu səbəbdən də qiymətləndirmə komissiyası noyabrın 13-nə planlaşdırılan referendumun keçirilməsini mənasız hesab edir.

Kanada və Kalqarinin hakimiyyət orqanları Olimpiadanın təşkilinə sərf olunacaq xərcləri necə bölüşdürmək barədə razılığa gələ bilməyiblər. Oyunların keçirilməsinin ümumi xərci təxminən 4 milyard dollar dəyərləndirilir. Bu vəsaitin 60 faizini ölkə və şəhər hakimiyyət orqanları ödəməlidir. Bununla belə, federal hakimiyyət orqanları tələb olunan məbləğin yalnız yarısını ödəməyə hazırdırlar. Bu isə Kalqarini qane etmir.

Xatırladaq ki, Kalqari ilə yanaşı, Beynəlxalq Olimpiya Komitəsi Milan və Kortina-d’Ampetssonun birgə müraciətini, həmçinin Stokholmun namizədliyini qeydiyyata alıb.

Oxşar xəbərlər

Yaponiya namizədliyini geri götürdü
Milan İtaliya şəhəri ilə yarışacaq! - Olimpiada-2026
Türkiyə şəhərinin namizədliyi qeydə alınmadı - Ərzurumun nəqliyyat infrastrukturu tələblərə cavb vermir
2026-cı il Qış Olimpiya və ev sahibliyi etmək istəyən ölkələr müəyyənləşdi
ABŞ 2026-cı il Qış Olimpiya Oyunlarını keçirmək fikrindən imtina etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər