reklam
ABŞ 2026-cı il Qış Olimpiya Oyunlarını keçirmək fikrindən imtina etdi
Sportfm.az xəbər saytı

ABŞ 2026-cı il Qış Olimpiya Oyunlarını keçirmək fikrindən imtina etdi


ABŞ Olimpiya Komitəsi (USOC) Los-Ancelesdə 2028-ci il Yay Olimpiya Oyunları təşkilatçılarının seçkisi kampaniyasında iştirak etməsi səbəbindən 2026-cı il qış Olimpiadasının ölkədə keçirilməsi üçün müraciət etməyəcək.

Sportfm.az xəbər verir ki, bu barədə “Insidethegames” portalı USOC-ın sədri Larri Probsta istinadla xəbər yayıb. L.Probst deyib: “İki Olimpiadanı ardıcıl keçirmək maliyyə baxımından ABŞ üçün çətin olacaq. Bunun əvəzinə biz əvvəlki kimi 2030-cu il Qış Olimpiya Oyunlarının keçirilməsi variantını nəzərdən keçiririk. Beynəlxalq Olimpiya Komitəsi icazə versə, biz iki qış Olimpiadasını ABŞ-da keçirəcəyik”.

Stokholm (İsveç), Sapporo (Yaponiya), Syon (İsveçrə) və Kalqari (Kanada) şəhərləri 2026-cı il qış Olimpiadasını keçirmək hüququ uğrunda yarışmaq niyyətindədirlər. Sifarişlər 2018-ci il martın sonunadək verilməli, 2019-cu ilin yanvarında Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilməlidir. Oyunların keçirilmə yeri 2019-cu ilin yayında müəyyənləşəcək.

Oxşar xəbərlər

BOK Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkəni açıqladı
Kalqari 2026-cı il Qış Olimpiya Oyunlarınından imtina edəcək
Milan İtaliya şəhəri ilə yarışacaq! - Olimpiada-2026
Türkiyə şəhərinin namizədliyi qeydə alınmadı - Ərzurumun nəqliyyat infrastrukturu tələblərə cavb vermir
2026-cı il Qış Olimpiya və ev sahibliyi etmək istəyən ölkələr müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər