Həbib dünyanın 500 nüfuzlu müsəlmanı siyahısında
UFC versiyası üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədov dünyanın 500 nüfuzlu müsəlmanı siyahısına daxil edilib.
Sportfm.az xəbər verir ki, siyahıya daha 7 idmançının adı salınıb. Futbolçular Məhəmməd Salah, Pol Poqba, Məsut Özil, məşqçi Zinədin Zidan, FİFA prezidentliyinə keçmiş namizəd Əli bin Əl-Hüseyn, kriketçi Xaşim Amla və reqbi ustası Sonni Uilyamsın adı ən nüfuzlu müsəlmanlar arasında yer alır.
Yeri gəlmişkən deyək ki, "Liverpul"un forvardı Məhəmməd Salah top-50-yə daxil olan yeganə idmançıdır. Hücumçu reytinqdə 46-cı yeri tutur. Reytinq cədvəlinə Türkiyə prezidenti Pəcəb Tayip Ərdoğan başçılıq edir. Həbib Nurməhəmmədov bu ilin aprel ayında Ela Yakvintanı xal hesabı ilə məğlub edərək UFC çempionu adını qazanıb. Oktyabrda isə Konor Makqreqora boğucu fəndlə qalib gəlib və titulunu qoruyub.
Oxşar xəbərlər
Həbib oktaqonda son qələbəsini qazandı
Həbib Nurməhəmmədov ikinci oldu
Həbib revanş görüşü istəmir!
Nurməhəmmədovun potensial rəqibləri məlum oldu
Nurməhəmmədov ali mükafata layiq görüldü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası