reklam
Sportfm.az xəbər saytı

"Neftçi" - "Qarabağ" oyununun vaxtı müəyyənləşdi


Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib. 

Sportfm.az xəbər verir ki, tura oktyabrın 27-də "Sumqayıt" - "Qəbələ" matçı ilə start veriləcək. Həmin qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək. 

Növbəti günün ilk görüşündə "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da başlayacaq. Tura mərkəzi qarşılaşma hesab olunan "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. Turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandaların dueli saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması İspaniya La Liqasında El Klasiko adlandırılan "Barselona" - "Real Madrid" matçının saat 19:15-də başlaması ilə əlaqədardır. 

Oxşar xəbərlər

1-ci tura yekun vurulur - Misli Premyer Liqası
Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi açıqlandı
XVIII turunun oyun cədvəli açıqlandı
XIII turun oyunlarının başlama saatı müəyyənləşdi
XI turun oyunlarının başlama vaxtı müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər