reklam
XVIII turunun oyun cədvəli açıqlandı
Sportfm.az xəbər saytı

XVIII turunun oyun cədvəli açıqlandı


Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunun oyunlarının vaxtı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, XVIII turun oyunları iki günü əhatə edəcək.

Tura fevralın 23-də saat 14:00-da Qəbələ şəhər stadionunda “Qəbələ”–“Keşlə” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Sabah”–“Qarabağ” oyunu isə saat 16:30-da başlayacaq. Qarşılaşma “Əlincə Arena”da təşkil olunacaq.

İkinci oyun gününün ilk matçı “Bakcell Arena” stadionunda baş tutacaq. “Neftçi” klubu “Səbail” komandasını qəbul edəcək. Turun sonuncu oyununda “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək. Həmin görüş saat 18:30-da start götürəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

On yeddi turdan sonra turnir cədvəlinə 37 xalla “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” klubu 34 xalla ikinci, aktivində 24 xal olan “Səbail” üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Qəbələ” (23 xal), “Sabah” (20), “Sumqayıt” (15), “Zirə” (13) və “Keşlə” (12) qərarlaşıblar.

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi açıqlandı
Topaz Premyer Liqasının 17-ci turuna start veriləcək
Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəli müəyyənləşdi
Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli müəyyənləşdi
Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər