reklam
Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi açıqlandı
Sportfm.az xəbər saytı

Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi açıqlandı


Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunda oynanılacaq qarşılaşmaların vaxtı açıqlanıb.

Sportfm.az xəbər verir ki, 2019-2020-ci il mövsümünün birinci turunun görüşləri dörd günü əhatə edəcək. Tura avqustun 16-da “Keşlə” - “Qarabağ” oyunu ilə start veriləcək. Saat 19:00-da başlayacaq qarşılaşma “Dalğa Arena”da təşkil olunacaq.

Avqustun 17-də “Qəbələ” klubu “Sumqayıt” komandasını qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 19:00-da başlayacaq. Avqustun 18-də “ASC Arena”da “Səbail” – “Zirə” görüşü keçiriləcək. Oyun saat 20:00-da start götürəcək. Turun sonuncu oyunu “Neftçi” və “Sabah” klubları arasında oynanılacaq. “Bakcell Arena”da təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

 

 

 

Oxşar xəbərlər

İlk turun oyun cədvəli bəlli oldu - Azərbaycan Premyer Liqası
"Neftçi" - "Qarabağ" oyununun başlama saatı bilindi - Premyer Liqa
XX turun oyun cədvəli - Azərbaycan Premyer Liqası
Topaz Premyer Liqasının 17-ci turuna start veriləcək
XVIII turunun oyun cədvəli açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər