Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Almaniya ona əmanətdir -FOTO
Almaniya millisinin yeni baş məşqçisi olmağa hazırlaşan Yurgen Kloppun məşqçilər heyəti demək olar ki, formalaşıb.
Sportfm.az xəbər verir ki, Sven Bender Kloppun köməkçisi təyin olunmağa yaxındır. Tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb.
Kloppun qərargahında onun uzun illik köməkçiləri Peter Kravits və Pepeyn Leynders də yer alacaqlar.
37 yaşlı Bender iyulun əvvəlində futbolçu karyerasını başa vurduqdan sonra çalışdığı “Unterhakinq” (Almaniya, 3-cü liqa təmsilçisi) klubundan ayrılıb. O, futbolçu kimi Dortmund “Borussiya”sında məhz Kloppun rəhbərliyi altında çıxış edib, iki dəfə Almaniya çempionu, bir dəfə isə ölkə kubokunun qalibi olub. Bender karyerasını başa vurduqdan sonra “Borussiya”da Edin Terziç və Nuri Şahinin məşqçilər heyətində çalışıb. O, həmçinin, Almaniyanın U-16 millisində baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirib.
Peter Kravits Kloppla birlikdə “Maynts”, Dortmund “Borussiya”sı və “Liverpul”da fəaliyyət göstərib. Pepeyn Leynders isə uzun illər “Liverpul”da almaniyalı mütəxəssisin köməkçisi olub. O, 2024-cü ildə Avstriyanın “Zalsburq” komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Gözlənilir ki, Klopp bu həftə Almaniya Futbol İttifaqı ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləni imzalayacaq. Onun iyulun 24-də Almaniya millisinin yeni baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacağı bildirilir. Klopp bu postda Yulian Naqelsmannı əvəz edəcək.

Oxşar xəbərlər
Almaniya millisi ona tapşırıldı
Almaniya millisi baş məşqçisi ilə müqaviləni uzadır
Nuri Şahin “Borussiya”nın baş məşqçisi oldu
Nuri Şahin "Borussiya"da - RƏSMİ
Almaniya millisinin Olimpiada üçün heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan" millimizin üzvünü heyətinə qatdı - RƏSMİ
-
Millimizin oyun təqvimi məlum oldu
-
UEFA bolqarıstanlı fanatları bağışlamadı - Bakıda olmayacaqlar
-
Ermənistan güləşçiləri Azərbaycana gələcək - Dünya çempionatı
-
"Neftçi" "Dinamo"ya qarşı - Konfrans Liqası
-
“Neftçi”nin yenilənmiş saytı istifadəyə verildi

Misli Premyer Liqası