reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin qızları qələbə ilə başladı -Çempionlar Liqası


“Neftçi” qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümündə mübarizəyə qoşulub.
Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu 1-ci təsnifat mərhələsində Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb.

Yunanıstanın Veria şəhərində keçirilən 1-ci qrupun yarımfinal matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

Siyasət Əsgərovun komandası 2-ci təsnifat mərhələsinə vəsiqə uğrunda son rəqibi PAOK (Yunanıstan) – “Hapoel” (Yerusalim, İsrail) cütünün qalibi olacaq.

Oxşar xəbərlər

“Neftçi”nin ÇL-dəki rəqibi bilindi
“Neftçi”nin qızları yenə çempion oldular
"Neftçi" ÇL-də ilk oyununa çıxır
Avropa Liqasının tarixində ən uzun penaltilər
"Qarabağ"ın ÇL-dəki rəqibi bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər