reklam
Futbol təhsilində keyfiyyəti artırmaq üçün 10 strategiya -
Sportfm.az xəbər saytı

Futbol təhsilində keyfiyyəti artırmaq üçün 10 strategiya -Analiz


  1. ÖYRƏNMƏK ÜÇÜN HƏDƏFLƏR 

Öyrənən hədəflərini dəqiq bir şəkildə bilməli və bu hədəflərə çatmaq üçün nizam-intizamlı olmalıdır.

Nə cür öyrənmə olursa olsun,öyrənən tərəf həmişə vacibdir. Öyrədən tərəf nə qədər bilikli və bacarıqlı olsada, öyrənən,öyrənəcəyi mövzuya və ya sənətə marağı olmazsa o təhsildə müvəffəqiyyətli ola bilməz. O halda öyrənmə şəkli fərdin özünə xas olub,yaşa cinsiyyətə və mədəniyyətə görə dəyişər.

Yaşa  və cinsiyyətə görə diyəndə futbol təhsilində Uşaqlar özləriylə eyni inkişaf səviyyəsindəki yoldaşları ilə futbol oynaya bilərlər.5 yaşından başlayaraq 8-9 yaşlarına qədər, qız və oğlanlar eyni sürətdə böyüyərlər və inkişaflarında hər hansı bir fərqlilik yoxdur. Buna görə birlikdə oynamalarında də heç bir qorxu yoxdur. Ancaq 9 yaşından sonra hormonal fərqliliklər başlayır.

Ümumiyyətlə son dövrlərdə futbol təhsili bütün yaş qruplarında mövzuya uyğun məşq planlarına görə əyləncəli oyun halına gəlmışdir.

            Əyləncə - oynayaraq və öyrənərək.

            Hər oyunçu əylənməlidir, daxilindəki talantı ortaya çıxarmaq üçün. 

  1. BAŞA DÜŞÜLƏCƏK ŞƏKILDƏ TƏHSIL VƏ MƏŞQLƏR 

Təhsil quruluşunu sadə və başa düşüləcək şəkildə, öyrənənlərin özlərinə güvənmələrini və məşq boyunca qarşılaşacaqları çətinlikləri şüurlu olaraq həll etmələrini təmin etmək lazımdır. 

  1. HAL-HAZIRDAKI BACARIQ 

Futbolçuların təhsil vaxtı keçirilən məşq mövzusu haqqında nələr bildiklərini, və məşqin əvvəlində bacarıqlarını bilməlisiniz. Mövzu ilə əlaqəli bir şəkildə hazırlamalısınız. Bilinənlər və öyrədilənlər, öyrənmə sürətini həm də öyrənilənlərin qalıcılığını artırar. 

  1. MƏŞQLƏRİN MƏNTİQİ MƏZMUNU 

Məşq məzmununu ən vacib başlıqlara bölərək modullar halında planlamaq, futbolçuların məşqin əsas elementlərini ayırd etmələrinə və anlamalarına köməkçi olar. 

  1. DİQQƏT ÇƏKİCİ VİDEOLAR 

Diqqət çəkici videolardan istifadə etmək təhsil və məşqi rəngləndirər və öyrənənlərin (futbolçuların) diqqətini çəkər. 

  1. TƏSİR EDİCİ İNTERAKTİV METODLAR / ÖYRƏDİCİ OYUNLARI 

İnteraktiv metodlar və cürbəcür öyrənmə oyunlarından istifadə edərək futbolçuların da aktiv iştirakını təmin etmək təmin etmək öyrənməni əyləncəli,keyfiyyətli və qalıcı hala gətirər. 

  1. HƏQİQİ OYUN FORMASI İLƏ ƏLAQƏ QURMAQ 

Mövzu başlığını oyun formasında olan epizodlarla,video və şəkillərlə təqdim etmək, maraq və iştirakı artırar. Bu da keyfiyyətli məşq və bu keyfiyyətin oyuna yansımasına təsir edər.

  1. NÜMUNƏ GÖSTƏRƏRƏK - ƏN KİÇİK DETALLARLA 

Nizamlı şəkildə futbolçulara fərdi,qrup və komanda şəklində mövzunun ən kiçik detallarını nümunələrlə öyrəntmək,futbolçulara çatışmamazlıqlarını göstərmək. Futbolçulara könüllü öyrənmə ehtiyacını ortaya çıxarmaq və maraq dairələrini artırmaq. Əgər hazır nümunələr tapa bilmədinizsə,o mövzunuza uyğun epizodları siz futbolçularınızla meydançada həyata keçirin. 

  1. PROBLEMLƏRİ HƏLL ETMƏ BACARIĞI 

Problemlərə məsuliyyətli yanaşmaq. Futbolçulara həqiqi bir oyundakı epizodla (epizodlarla) qarşı qarşıya qoymaq. Bu epizoddakı həll yollarını məşqçinin düzəlişləri ilə daha çox özünün həll yollarını tapmasına şərait yaratmaq.Həqiqi oyun formasındakı epizodları məşqlərə gətirmək şərt. 

  1. QİYMƏTLƏNDIRMƏ 

Futbolçuların həm məşqləri həmdə məşqlərdəki öz fəaliyyətlərini qiymətləndirmələrinə şərait yaratmaq,düşündürmək. Şifahi və yazılı qiymətləndirmələr tərtib edərək futbolçuların performanslarının artmasına köməklik göstərmək.

Sakit Rzayev

Oxşar xəbərlər

Gənc futbolçularla tədris-məşq prosessinin təlim metodları və metodoloji xüsusiyyətləri
Gənc futbolçularla  əsas iş prinsipləri
Uşaqlarda bacarığı və qabiliyyəti necə inkişaf etdirək? - Lazımlı qeyd
Qurban Qurbanovla Rəşad Sadıqovun fəlsəfəsi nədir? - QEYD
Futbol və oyun zəkası - Avropa futbolu bizdən niyə üstündür?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər