reklam
Olimpiadada Azərbaycan ilk medalını qazandı
Sportfm.az xəbər saytı

Olimpiadada Azərbaycan ilk medalını qazandı


Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası ilk medalını təmin edib.

Sportfm.az xəbər verir ki, həmin medalı cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində finala yüksəlməklə əldə edib.

On beş yaşlı idmançı ilk görüşündə yəmənli Əhəd əl-Sağırı, 1/4 finalda tacikistanlı Camşed Süleymonini, yarımfinalda isə dominikanlı Antonio Tornalı üstələyib. Finalda onun rəqibi rusiyalı Abrek Naquçev olacaq. Bu görüşün nəticəsindən asılı olmayaraq, Talıbov ən azı gümüş medalı özünə təmin edib.

Azərbaycanın qadın cüdoçusu Vüsalə Kərimova isə 7-ci yeri tutub. 44 kq çəkidə yer alan Kərimova ilk görüşündə bolqarıstanlı Aleksa Georgiyevaya 22 saniyəyə ipponla qalib gəlsə də, 1/4 finalda xorvatiyalı Viktoriya Pulyiçə uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə butanlı Yanqçen Vanqmonu 28 saniyəyə ipponla üstələyib. Lakin növbəti qarşılaşmada yeniyetmə cüdoçunun qarşısını kosovolu Erza Muminoviç kəsib.

Qeyd edək ki, olimpiadada Azərbaycanı ümumilikdə 17 idmançı təmsil edir.

Oxşar xəbərlər

Cüdoçularımız ilk görüşlərində qələbə qazandı - Böyük Dəbilqə
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
Rüstəm Orucov Almaniyada medal qazandı
Türkiyə yığması 17 il sonra medal qazandı - Bakıda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər