Cüdoçularımız ilk görüşlərində qələbə qazandı -Böyük Dəbilqə
Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bu gün Azərbaycanın son 3 cüdoçusu tatamiyə çıxıb.
Sportfm.az xəbər verir ki, onların hamısı kişilərin mübarizəsinə qatılıb.
90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerovu 3 dəqiqəyə ipponla məğlub edib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olacaq.
100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olacaq.
100 kq çəkidə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenlə qarşılaşacaq.
Qeyd edək ki, Böyük Dəbilqəyə bu gün yekun vurulacaq.
Oxşar xəbərlər
Cüdoçumuz yarımfinalda - Böyük Dəbilqə
Azərbaycan cüdoçusu finala yüksəldi - Qran-pri
Cüdoçularımız 2 medal qazandı - Böyük Dəbilqə
Azərbaycan cüdoçusu 1/4 finala yüksəldi
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Emrelinin komandasından ikinci qələbə
-
Azərbaycan Kubokunda növbəti mərhələnin oyunları - CƏDVƏL
-
Super Liqanın yeni titul sponsoru müəyyənləşdi
-
Dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olundu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Qəbələ” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı - Premyer Liqa















Misli Premyer Liqası