“Bütün dünya cənnət olsa, mənə olmaz Qarabağ” -komandamızı lağa qoyan fars aparıcıya etiraz - FOTO
Tehran sakini olan bir qrup azərbaycanlı İran televiziyası aparıcıları tərəfindən “Qarabağ” komandasının lağa qoyulmasını qınayıb.
Sportfm.az xəbər verir ki, milli fəallar bu məqsədlə Tehranın Azadi meydanında etiraz posteri nümayiş etdiriblər. Posterdə fars dili və Azərbaycan türkcəsində “Bütün dünya cənnət olsa, Mənə olmaz Qarabağ” sözü yazılıb. Yazının altında isə “İrqçi aparıcı Əhmədiyə təqdim olunur” ifadəsi dərc olunub.
Qeyd edək ki, oktyabrın 3-də “İdman raportu” televiziya verilişində Məhəmmədrza Əhmədi və Rza Cavdani Azərbaycanın “Qarabağ” komandasına lağ edərək gülüblər. Komanda ilə bağlı bir neçə cümlə danışan iki aparıcı canlı efirdə Azərbaycana nifrətlərini bu şəkildə nümayiş etdiriblər. Hiss olunur ki, aparıcılar “Qarabağ” komandası və onun təmsil etdiyi ölkəni zəif göstərmək məqsədilə güdürlər.
Farsdilli aparıcıların bu hərəkəti azərbaycanlı internet istifadəçilərinin də kəskin etirazı ilə qarşılanıb.
Oxşar xəbərlər
Türkiyəli idman yazarından kobud səhv - “Qarabağ” Ermənistan komandası deyilmi”
“Qarabağ” İsraildə dəstəksiz qalmadı - FOTO
İranlı azarkeşlərdən Azərbaycana xəyanət – Millət vəkili etiraz etdi
Ağdam klubunun azarkeşlərinin xareoqrafiya - FOTO
“Qarabağ” klubu Romada coşqu ilə qarşılandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası