İranlı azarkeşlərdən Azərbaycana xəyanət –Millət vəkili etiraz etdi
Güney Azərbaycanın “Traktor” futbol klubu ilə qarşılaşmada İranın “Perspolis” komandası tərəfdarlarının Ermənistana dəstək nümayiş etdirməsi azərbaycanlı millət vəkillərinin etirazına səbəb olub.
Sportfm.az xəbər verir ki, Güney Azərbaycanın Təbriz şəhərinin İran parlamentindəki millət vəkili Zəhra Sai yerli stadionda “Artsax” yazılmış pankartın qaldırılmasını pisləyib.
O, belə halların ölkənin təhlükəsizliyini təhdid etdiyini bildirib:
“Belə hallar milli birliyə qarşı yönəlib. Bu, bir fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir.
Gənclər və İdman nazirindən istəyəcəm ki, bu məsələni izah etsin. Qaneedici cavab verməyəcəyi təqdirdə, məsələni parlamentdə qaldıracağam”.
Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad isə qondarma “Artsax” sözünün yazıldığı bannerin nümayiş etdirilməsini irqçilikdən irəli gəldiyini deyib.
Qeyd edək ki, futbol klubları arasında görüş noyabrın 25-də Tehranın “Azadi” stadionunda baş tutub. Görüş zamanı “Perspolis” tərəfdarları “Artsax” sözü yazılmış banner nümayiş etdirərək, Azərbaycana işğalçı Ermənistana dəstək verdiklərini bildiriblər.
Həmçinin azərbaycanlıların ünvanına təhqiramiz şüarlar səsləndiriblər.
“Perspolis” tərəfdarlarının bu addımı Güney Azərbaycanda etirazlara səbəb olub.
Oxşar xəbərlər
"Sən bizim üçün bir futbol klubundan daha böyük mənalar daşıyırsan..."
AƏFM layihəsi Tovuzda - FOTO
Azərbaycanlı şagirdlərə məcburən matç izlətməyə çalışdılar, onlar isə... VİDEO
“Bütün dünya cənnət olsa, mənə olmaz Qarabağ” - komandamızı lağa qoyan fars aparıcıya etiraz - FOTO
Aqil Abbas: “Qarabağ”ın qələbəsinə qısqanclıqla yanaşanlar, bəlkə, ermənidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası