reklam
Azərbaycan yığmalarının heyəti açıqlandı
Sportfm.az xəbər saytı

Azərbaycan yığmalarının heyəti açıqlandı


Sportfm.az xəbər verir ki, Batumidə  davam edən  Şahmat Olimpiadasında bu gün 9-cu turun oyunları keçiriləcək.

Kişilərdən ibarət yığma komandamız dünən yarışın əsas favoriti sayılan ABŞ yığmasına məğlubiyətdən sonra medallara iddiasını davam etdirmək üçün bu gün güclü Çin yığmasına qalib gəlməlidir. Qadınlardan ibarət yığmamız isə Gürcüstanın-2-ci  komandası üzərində qələbədən sonra bu gün güclü Ukrayna yığması ilə qarşı qarşıya gələcək.

Azərbaycan - Çin

Şəhriyar Məmmədyarov - Din Lijen

Teymur Rəcəbov - Yu Yanyi

Arkadi Naydiç - Vey Yi

Eltac Səfərli - Bu Syançji

Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Səfərli qara fiqurlarla oynayacaqlar.

Azərbaycan - Ukrayna 

Günay Məmmədzadə - Anna Muzıçuk

Xanım Balacayeva - Mariya Muzıçuk

Gülnar Məmmədova - Anna Uşenina

Ülviyyə Fətəliyeva - Yuliya Osmak

Məmmədzadə və Məmmədova ağ, Balacayeva ilə Fətəliyeva qara fiqurlarla oynayacaq.

 

Qeyd edək ki , keçirilmiş 8 turdan sonra kişilərdən ibarət yığma komandamız 3-cü,qadınlar isə 5-ci pillədə qərarlaşıblar.  

 

Oxşar xəbərlər

Azərbaycan millilərinin heyətləri - Avropa çempionatı
Millilərimizin V tur üçün heyətləri - Avropa çempionatı
Kişi şahmatçılarımızdan ikinci məğlubiyyət
Millimiz vahid lider ola bilər
Ümumdünya Şahmat Olimpiadası: yığmamız Çexiya ilə üz-üzə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər