Azərbaycan millilərinin heyətləri -Avropa çempionatı
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.
Sportfm.az xəbər verir ki, kişilərdən ibarət komanda Ermənistan yığması ilə, qadınlar isə İtaliya ilə üz-üzə gələcək.
Avropa çempionatı, 6-cı tur
Kişilər
Azərbaycan – Ermənistan
Şəhriyar Məmmədyarov – Qabriel Sarkisyan
Teymur Rəcəbov – Hayk Martirosyan
Rauf Məmmədov – Robert Ovanisyan
Nicat Abbasov – Samvel Ter-Sahakyan
Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Abbasov qara fiqurlarla oynayacaq.
Qadınlar
İtaliya – Azərbaycan
Marina Brunello – Günay Məmmədzadə
Olqa Zimina – Gülnar Məmmədova
Tea Queçi – Xanım Balacayeva
Daniela Movilyanu – Ülviyyə Fətəliyeva
Məmmədova ilə Fətəliyeva ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla mübarizə aparacaq.
Turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Kişilərdən ibarət yığma hazırda 8 xalla Rusiya, Ukrayna, Macarıstan, Ermənistan və Niderlandla birgə 1 – 6-cı, qadınlardan ibarət komanda isə Polşa, İtaliya və Ukrayna ilə birlikdə 4 – 7-ci yerləri bölüşdürür.
Oxşar xəbərlər
Yığmalarımızın son tur üçün heyətləri - Avropa çempionatı
Yığmalarımızın VIII tur üçün heyətləri - Avropa çempionatı
Millilərimizin V tur üçün heyətləri - Avropa çempionatı
Azərbaycanın şahmat millilərinin III tur üçün heyətləri - Avropa çempionatı
Yığmalarımızın II tur üçün heyətləri - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası