reklam
Millimiz vahid lider ola bilər
Sportfm.az xəbər saytı

Millimiz vahid lider ola bilər


Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII tur qarşılaşmaları keçiriləcək.

Sportfm.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi 12 xalla ilk iki yeri bölüşdüyü Polşa yığması ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, hər iki komandanın vahid lider olmaq şansı var. Qadınların yarışında isə rəqib İtaliya kollektivi olacaq. Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Polşa – Azərbaycan

Şəhriyar Məmmədyarov – Duda Yan-Kşiştof

Teymur Rəcəbov – Rodoslav Voytaşek

Arkadi Naydiç – Tomçak Yaçek

Eltac Səfərli – Kamil Draqun

E. Səfərli və T.Rəcəbov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynaycaqlar.

İtaliya – Azərbaycan

Günay Məmmədzadə - Olqa Zmina

Ülviyyə Fətəliyeva – Marina Brunello

Xanım Balacayeva – Desire Di Bendetto

Zeynəb Məmmədyarova – Elena Sedina

Ü.Fətəliyeva və Z. Məmmədyarova ağ, G.Məmmədzadə ilə X.Balacayeva isə qara fiqurlarla oynayacaqlar.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması 12 xalla Polşa ilə birgə liderliyini davam etdirir. Qadın millisi isə 10 xalla 7-ci pillədə qərarlaşıb. 

Oxşar xəbərlər

Azərbaycan millilərinin heyətləri - Avropa çempionatı
Azərbaycan şahmatçıları İtaliya yığması ilə heç-heçə etdi
Ümumdünya Şahmat Olimpiadası: yığmamız Çexiya ilə üz-üzə
Yığmalarımız İngiltərə və ABŞ-la qarşılaşacaq
Şahmatçılarımız növbəti qələbəsini qazandı - Olimpiadada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər