Ümumdünya Şahmat Olimpiadası: yığmamız Çexiya ilə üz-üzə
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçiriləcək.
Sportfm.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi isə Latviya ilə üz-üzə gələcək. Artıq komandaların heyətləri də məlumdur:
43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur
Kişilər
Azərbaycan - Çexiya
Şəhriyar Məmmədyarov - David Navara
Teymur Rəcəbov - Viktor Lazniçka
Arkadi Naydiç - Zbinek Qraçek
Rauf Məmmədov - İrji Stoçek
Məmmədyarovla Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla çıxış edəcək.
Qadınlar
Azərbaycan - Latviya
Günay Məmmədzadə - Laura Roqule
Xanım Balacayeva - İlze Berzina
Gülnar Məmmədova - Linda Krumina
Ülviyyə Fətəliyeva - Elizabete Limanovska
Məmmədzadə və Məmmədova ağ, Balacayeva və Fətəliyeva qara fiqurlarla oynayacaq.
Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Beş turdan sonra Azərbaycanın kişilərdən ibarət yığması 10 xalla 1-ci, qadın millisi 8 xalla 8-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan millilərinin heyətləri - Avropa çempionatı
Kişi şahmatçılarımızdan ikinci məğlubiyyət
Millimiz vahid lider ola bilər
Yığmalarımız İngiltərə və ABŞ-la qarşılaşacaq
Şahmatçılarımız növbəti qələbəsini qazandı - Olimpiadada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası