reklam
Qadın Ana bütün kişiləri arxada qoydu -
Sportfm.az xəbər saytı

Qadın Ana bütün kişiləri arxada qoydu -Qələbəni dostuna həsr etdi


İspaniyalı Ana Karrasko sürətli motoyürüş üzrə dünya çempionatının “Supersport 300” kateqoriyasında qələbə qazanan ilk qadın motoyürüşçü olub.

Sportfm.az xəbər verir ki, Karrasko ikinci yeri tutan Miku Peresi cəmi bir xal üstələyib. Bununla yanaşı, onun motosikleti yürüş seriyalarının başlanğıcında olduğundan 14 kiloqram daha ağır çəkidə idi. O vaxt A.Karraskonun motosikletini həddən artıq yüngül hesab etmişdilər. Lakin bu vəziyyət ona uğur qazanmaqda mane olmadı.

Ana Karrasko bu qələbəni 2016-cı ildə trasda həlak olmuş dostu Luis Saloma və onun ailəsinə həsr edib. Bundan başqa, A.Karrasko “Kawasaki” şirkətinə və mübaliğəsiz tarixi nailiyyətə töhfəsini verən öz texniki dəstək qrupuna təşəkkürlərini çatdırıb.

Oxşar xəbərlər

Ərəblər daha bir ulduzu pula "şirnikləşdirdi"
Hemilton altıqat dünya çempionu oldu
Pula görə Avropanı başqa qitələrə dəyişən 6 futbolçu - FOTOLAR
Ndlovuya qarşı oynayan iki futbolçu da Çinə getdi
"Atletiko" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər