CBC Sport və "İdman Azərbaycan" arasında memorandum imzalandı -Ölkə əhalisi Çempionlar Liqasını izləyə biləcək?
“CBC Sport” telekanalı bəyanat yayıb.
Sportfm.az xəbər verir ki, bəyanatda deyilir ki, Azərbaycanın futbol azarkeşlərinin və auditoriyanın maraqlarını nəzərə alaraq, bu mövsüm “CBC Sport” TV-nin Azərbaycan ərazisində yayımı üzrə müstəsna hüquqlara malik olduğu UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və futbol üzrə İspaniya çempionatının ölkə ərazisinə yayım əhatəsini genişləndirmək və auditoriyanın daha çox sayda oyun izləməsini təmin etmək məqsədilə “CBC Sport” və “İdman Azərbaycan” telekanalları arasında memorandum imzalanmışdır.
Memorandumun müddəalarına əsasən, yuxarıda adıçəkilən yarışlar çərçivəsində eyni vaxtda başlanan və “CBC Sport”un efirində yayımı mümkün olmayan oyunların siqnalı “İdman Azərbaycan” telekanalına təmənnasız şəkildə ötürülür.
Azərbaycan teleməkanında ilk dəfə bu cür addım atan “CBC Sport” TV ümid edir ki, izləyicilər və Azərbaycandakı futbol azarkeşləri bu yenilikdən razı qalacaq, həmçinin bu cür addımlar gələcək layihələr üçün örnək rolunu oynayacaq.
Oxşar xəbərlər
“Qarabağ” – “Keşlə” matçının vaxtı bilindi - Azərbaycan Premyer Liqası
İlin ilk oyunlarının vaxtı açıqlandı - Azərbaycan Premyer Liqası
"Şerif" - "Qarabağ" matçı yayımlanacaq? - BƏYANAT
Dünya və Avropa çempionatının oyunları CBC SPORT-da
"Qarabağ"-"Qəbələ" matçının vaxtı bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası