reklam
Sportfm.az xəbər saytı

"Arsenal"ın qapıçısı:"Azərbaycanlı azarkeşlər çılğın idi"


İngiltərənin "Arsenal" klubunun qapıçsı Bernd Leno Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, bu barədə klubun saytında ixəbər yer alıb. 26 yaşlı alman qolkiper 2018-ci il dünya çempionatının seçmə mərhələsində səfərdə Azərbaycanla oyunu xatırlayıb: "Meydan yaxşı vəziyyətdə, azarkeşlər də çılğın idi. Oyunçuların çoxunu tanımırdım, ancaq uzun və maraqlı səfər oldu. Portuqaliyanın "Sportinq" klubu yaxşı bir stadiona malikdir. Amma digər komandaların oyunçularının çoxunu tanımıram. Ancaq maraqlı oyunlar olacaq".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Oxşar xəbərlər

“Qarabağ” İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq
11,5 milyonluq “Qarabağ”, 554 milyon avroluq “Arsenal”a qarşı
Qurban Qurbanov püşkdən danışdı:"Bizim üçün arzuolunmaz oldu"
Rəşad Sadıqov: "Ciddi və güclü qrupa düşmüşük"
"Qarabağ" "Arsenal"la eyni qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər