reklam
11,5 milyonluq “Qarabağ”, 554 milyon avroluq “Arsenal”a qarşı
Sportfm.az xəbər saytı

11,5 milyonluq “Qarabağ”, 554 milyon avroluq “Arsenal”a qarşı


Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Bu turnirdəki təmsilçimiz "Qarabağ" E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Vorskla" (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Sportfm.az xəbər verir ki, "Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqiblərinin heyətlərinin dəyəri məlumdur. "Transfermarkt" saytına görə, qrupun ən dəyərli komandası "Arsenal"dır. "Topçular"ın futbolçularının ümumi qiyməti 554 milyon avrodur.

Qiymətinə görə 2-ci yerdə isə "Sportinq" qərarlaşıb. Lissabon təmsilçisinin futbolçularının toplam dəyəri 164,58 milyon avrodur.

Ukrayna "Vorskla"sının oyunçularının dəyəri isə 12,10 milyon avrodur.

Təmsilçimiz "Qarabağ" isə umumi futbolçu dəyərinə görə son pillədədir. "Köhlən atlar"ın qiyməti "transfermarkt"da 11,5 milyon avro göstərilib.(komanda.az)

Oxşar xəbərlər

Premyer Liqamızın dəyəri artdı
Azərbaycan Premyer Liqasının ən dəyərli klubu və futbolçusu
Dünyanın ən bahalı futbolçuları - TOP 10
Bakıda 1,5 milyard avro dəyərində oyun
"Qarabağ" "Arsenal"la eyni qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər