reklam
Qurban Qurbanov püşkdən danışdı:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov püşkdən danışdı:"Bizim üçün arzuolunmaz oldu"


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib.

Sportfm.az-ın xəbərinə görə, klubun saytına açıqlamasında o, çətin və maraqlı qrupa düşdüklərini söyləyib:

“Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq. Ötən mövsümdə qrupumzdakı rəqiblər də çətin idi və ağır oyunlar keçirdik. Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir  oyunumuz çətin olacaq”.

Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Oxşar xəbərlər

"Qarabağ" sıradan komanda deyil" – "Vorskla"nın prezidenti
"Arsenal"ın qapıçısı:"Azərbaycanlı azarkeşlər çılğın idi"
Rəşad Sadıqov: "Ciddi və güclü qrupa düşmüşük"
"Qarabağ" "Arsenal"la eyni qrupda
"Turnir bizim üçün yaxşı təcrübə olacaq" - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər