reklam
Rəşad Sadıqov:
Sportfm.az xəbər saytı

Rəşad Sadıqov:"Ciddi və güclü qrupa düşmüşük"


“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışıb. 

Sportfm.az xəbər verir ki, 36 yaşı müdafiəçi çətin qrupa düşdüklərini deyib: 

“Arsenal”ın oyun üslubu Emeri gəldikdən sonra bir az dəyişib. İndi daha çox pressinqlə oynayırlar. Çalışırlar ki, rəqibi öz meydanlarında “boğsunlar”. Onların bir-iki yoldaşlıq görüşlərinə baxmışam. “Sportinq” də, “Arsenal” da çox yaxşı komandalardır. “Arsenal” ümumiyyətlə, turnirin favoritidir. "Vorskla" Ukrayna təmsilçisidir. Təbii ki, biz onların mübarizə aparan, möhkəm komanda olacaqlarını bilirik. Ciddi və güclü qrupa düşmüşük”. 

Qeyd edək ki, Ağdam təmsilçisi E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Vorskla" (Ukrayna) ilə  mübarizə aparacaq.

Oxşar xəbərlər

"Qarabağ" sıradan komanda deyil" – "Vorskla"nın prezidenti
"Arsenal"ın qapıçısı:"Azərbaycanlı azarkeşlər çılğın idi"
"Qarabağ" ən yüksək reytinq xallı qrupa düşdü
Qurban Qurbanov püşkdən danışdı:"Bizim üçün arzuolunmaz oldu"
"Qarabağ" "Arsenal"la eyni qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər