reklam
Esmagambetov Qriqorçukun
Sportfm.az xəbər saytı

Esmagambetov Qriqorçukun "Astana"nı tərk etməsini pislədi


Qazaxıstan millisinin sabiq hücumçusu Bolat Esmagambetov Avropa Liqasının pley-off mərhələsində Kipr APOEL-i ilə qarşılaşacaq "Astana"nın şanslarını dəyərləndirib.

Sportfm.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Roman Qriqorçukun "Astana"nı pley-off mərhələsində tərk etməsini pisləyib. Onun fikrincə, ukraynalı çalışdırıcının bu addımı "Astana"ya pis təsir edə bilər: "İlk oyun səfərdə olacaq. APOEL əvvəlki mövsümdəki kimi güclü deyil. Amma bu o demək deyil ki, "Astana" üçün asan sınaq olacaq. Kipr klubu ev matçında sərfəli nəticə qazanmağa çalışacaq. Qriqorçukun isə komandanı atıb getməsi mənfi təsir edə bilər. İndi ən həlledici məqamdır, komanda qrup mərhələsinin son qapısındadır. Komandada nə baş verdiyini bilmirik. Digər tərəfdən Babayan komandanı yaxşı tanıyır. Ümumiyyətlə, APOEL - "Astana" cütündə şanslar bərabərdir".

Qeyd edək ki, Roman Qriqorçuk ÇL-in III təsnifat mərhələsindən sonra "Astana" rəhbərliyindən xahiş edərək, komandanı müvəqqəti tərk edib.

APOEL - "Astana" oyunu avqustun 23-də Bakı vaxtı ilə 23:00-da başlayacaq. Cütün cavab görüşü 1 həftə sonra Qazaxıstanda keçiriləcək.

Oxşar xəbərlər

Onun qayıdacağı tarix açıqlandı
"Astana”dan Qriqorçuk açıqlaması gəldi
"Astana"dan sabiq "Neftçi"liyə təklif gəldi
"Astana" Qriqorçuku nəyə görə yollayıb?
Roman Qriqorçuk "Astana"nı tərk etdi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər