reklam
Sportfm.az xəbər saytı

"Astana”dan Qriqorçuk açıqlaması gəldi


Ukrayna mətbuatında “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun “Astana”ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.

Sportfm.az xəbər verir ki, ukraynalı mütəxəssisin yaxın vaxtlarda yenidən öz işinin başına dönəcəyi, hazırda onun səlahiyyətlərini yerinə yetirən Qriqori Babayanın əvvəlki kimi köməkçi məşqçi olacağı bildirilib. 

Yayılan məlumatla bağlı açıqlama verən “Astana”nın mətbuat xidməti məsələyə komandanın Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun “Renn”lə səfər oyunundan sonra aydınlıq gələcəyini vurğulayıb:“Komandanı “Renn”lə oyuna Qriqori Babayanın başçılıq etdiyi məşqçilər korpusu hazırlaşdırır. Avroliqanın qrup mərhələsinin matçları başa çatdıqdan sonra Roman Qriqorçukun hansı tarixdə öz vəzifəsinə qayıdacağı ilə bağlı məlumat veriləcək". 

Qeyd edək ki, ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq “Astana”nın sükanı arxasına keçən Qriqorçuk şəxsi məsələləri səbəbindən avqust ayında müvəqqəti olaraq Qazaxıstan klubunu tərk etmişdi.

Oxşar xəbərlər

Roman Qriqorçuk Belarusa yollandı
Roman Qriqorçuk işinə davam edəcəkmi? - AÇIQLAMA
Onun qayıdacağı tarix açıqlandı
"Astana"dan sabiq "Neftçi"liyə təklif gəldi
Roman Qriqorçuk "Astana"nı tərk etdi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər