reklam
Daha bir futbolçu Almaniya yığmasından getdi
Sportfm.az xəbər saytı

Daha bir futbolçu Almaniya yığmasından getdi


Almaniyanın "Ştutqart" futbol klubunun hücumçusu Mario Qomes milli komandada karyerasını başa vurduğunu bəyan edib.

Sportfm.az xəbər verir ki, bu barədə futbolçu öz "Facebook" səhifəsində yazıb.

"Mən milli komandada çıxışımla bağlı çox düşündüm və bu barədə danışmaq qərarına gəldim. Əlbəttə, mənim Almaniya yığmasının baş məşqçisi ilə söhbətim oldu. Yığmada mənim üçün heç də həmişə asan olmayıb, lakin mən orada dostlaşdığım əla insanlara rast gəldim. Amma öz yerimi boşaltmaq və onu Almaniya yığması üçün yaxşı nəticələr əldə edə biləcək gənc və istedadlı oyunçulara vermək vaxtı çatıb", - deyə Qomes yazıb.

33 yaşlı forvard bundestimin heyətində 2007-ci ildə debüt edib. O, ümumilikdə 78 oyunda çıxış edib və 31 qol vurub.

Oxşar xəbərlər

"Qol maşını" karyerasını bitirdi
Makreqor karyerasını yenə başa vurdu
O hələ də, ümidini itirməyib...
"Borussiya"nın futbolçusu Türkiyə yığmasından getdi
Mario Qomes "Beşiktaş"dan gedir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər