reklam
Azərbaycan təmsilçisi Barselona turnirinin tək lideridir
Sportfm.az xəbər saytı

Azərbaycan təmsilçisi Barselona turnirinin tək lideridir


Barselonada XX San-Marti Beynəlxalq Şahmat Turniri davam edir.

Sportfm.az xəbər verir ki, turnirin “A” qrupunda 24 ölkədən 120 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edir. Azərbaycan şahmatının şərəfini Qədir Hüseynov qoruyur.

“A” qrupunda yeddi turdan sonra 6 xal toplayan Q.Hüseynov turnirin tək lideridir. Hayme Aleksandr Kuartas (Kolumbiya), Luis Lazaro Cimenes Aquero, Yasser Perez Kesada (Kuba), Manuel Qomez Pena (İspaniya) və Xose Eduardo Alkantara Martines (Peru) ondan yarım xal geri qalırlar.

Püşkatmanın nəticələrinə görə, səkkizinci turda azərbaycanlı qrossmeysterin rəqibi Y.P.Kesada olacaq. Q.Hüseynov ağ fiqurlarla oynayacaq.

Kataloniya turniri İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Oxşar xəbərlər

Azərbaycan Riqada keçirilən şahmat festivalında
Hüseynov İspaniya şahmat turnirinin reytinq-favoritidir
İsgəndərov Türkiyə turnirində liderliyini davam etdirir
Fiqurlarla lider olan azərbaycanlı
Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər