reklam
İsgəndərov Türkiyə turnirində liderliyini davam etdirir
Sportfm.az xəbər saytı

İsgəndərov Türkiyə turnirində liderliyini davam etdirir


Türkiyənin Kahramanmaraş şəhərində “Medal Day Open” Beynəlxalq şahmat turniri davam edir.

Sportfm.az xəbər verir ki, Azərbaycanı təmsil edən beynəlxalq dərəcəli usta Misrəddin İsgəndərov “A” turnirində keçirdiyi beş turda 4,5 xal toplayaraq liderlik edir. Qrossmeyster Nərmin Kazımova ( Azərbaycan) və Giqa Quparadze (Gürcüstan) yarım xal geri qalırlar. Yeddi şahmatçı, o cümlədən Vüqar Rəsulov, Pərviz Qasımov (Azərbaycan) liderdən 1 xal, dörd şahmatçı 1,5 xal geri qalırlar.

“Medal Day Open” turnirində 33 şahmatçı, altı qrossmeyster iştirak edir. Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Oxşar xəbərlər

Azərbaycan Riqada keçirilən şahmat festivalında
Abbasov şahmat festivalının vitse-çempionudur - FOTO
Fiqurlarla lider olan azərbaycanlı
Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir
Azərbaycanlı şahmatçılar İbn Sina kubokunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər