Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Keşlə"nin Avropa Liqasındakı ilk oyununun vaxtı müəyyənləşdi
Bakının "Keşlə" klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" komandasına qarşı keçirəcəyi ilk oyunun stadionun və başlama saatı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, görüş iyulun 12-də Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq. Start fiti isə Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.
Həmin gün saat 20:00-da "Qəbələ" öz meydanında Lüksemburq "Proqres"ini, saat 21:00-da isə "Neftçi" "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini qəbul edəcək.
Qeyd edək ki, cavab görüşləri iyulun 19-da keçiriləcək.
Oxşar xəbərlər
“Fehervar” – “Qəbələ” oyununun vaxtı müəyyənləşdi - Konfrans Liqası
"Keşlə"nin Avroliqa oyununun başlama vaxtı dəyişdirildi
"Keşlə" - "Baltsan" matçının vaxtı açıqlandı
“Uypeşt” - “Neftçi” matçının başlama saatı məlum oldu
"Qəbələ" Differdanjda nə vaxt meydana çıxacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası