reklam
Sportfm.az xəbər saytı

"Keşlə"nin Avroliqa oyununun başlama vaxtı dəyişdirildi


"Keşlə"nin Maltada "Baltsan"la keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu və başlama saatı dəyişib.

Sportfm.az xəbər verir ki, iyulun 12-də Ta Qali şəhərindəki "Centenary" stadionunda keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.

Daha əvvəl "Baltsan" - "Keşlə" matçının Ta Qalidəki 17 min tamaşaçı tutumuna malik Milli Stadionda keçiriləcəyi açıqlanmışdı. Həmin arenanın yaxınlığında yerləşən süni örtüklü "Centenary" stadionu isə 3000 nəfərlikdir.

Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" iyulun 12-də eyni saatda öz meydanında Lüksemburq "Proqres"ini qəbul edəcək. "Neftçi" isə saat 21:00-da "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini sınağa çəkəcək.

Oxşar xəbərlər

“Keşlə” Maltada oyunöncəsi son məşqinə çıxdı
"Keşlə" - "Baltsan" matçının vaxtı açıqlandı
“Uypeşt” - “Neftçi” matçının başlama saatı məlum oldu
"Keşlə"nin Avropa Liqasındakı ilk oyununun vaxtı müəyyənləşdi
"Qəbələ" Differdanjda nə vaxt meydana çıxacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər