Səmti müəyyənedənlər Ukraynadan uğurla qayıtdı -FOTO
Ukraynada keçirilən səmti müəyyənetmə idmanı üzrə “Xatirə kuboku–2018” yarışlarında iştirak edən Azərbaycan idmançıları uğur qazanıblar.
Sportfm.az xəbər verir ki, yarışda idmançılarımız Süleyman Əliyev və Sevda Verdiyeva 2-ci, Vladislav Tuzov isə 3-cü idman dərəcələri qazanıblar.
Ölkəmizi yarışlarda beş idmançı təmsil edib. Kişilərin yarışında 21E kateqoriyasında Süleyman Əliyev və Vladislav Tuzov, qadınların mübarizəsində isə 21E kateqoriyasında Sevda Verdiyeva və Anna Kamayeva güclərini sınayıblar. Həmçinin kişilər arasında 35 yaş kateqoriyasında Xəyyam Məmmədov mübarizə aparıb.
Yarışlarda 12,4 kilometr məsafəni 2 saat 37 dəqiqəyə qət edən Süleyman Əliyev 18-ci, 2 saat 46 dəqiqəyə tamamlayan Vladislav Tuzov isə 21-ci olublar. Qızların yarışında 9,8 kilometr məsafəni 2 saat 36 dəqiqəyə qət edən Sevda Verdiyeva 10-cu, Anna Kamayeva isə 18-ci yeri tutublar.
Yarışın sonuncu günündə idmançılar qısa məsafəyə qaçış üzrə güclərini sınayıblar. Psel çayının sahilində yerləşən qaçış ərazisində təşkil olunan yarışda Süleyman Əliyev 12-ci, Vladislav Tuzov isə 14-cü yerdə qərarlaşıblar. Qızlardan Anna Kamayeva 9-cu, Sevda Verdiyeva isə 16-cı olub. Xəyyam Məmmədov isə 12 yeri tutub.
Oxşar xəbərlər
Bakıda qələbə qaçışı baş tutdu - FOTO
Açıq birinciliyin qalibləri müəyyənləşdi - FOTO
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi - FOTO
BMX üzrə dünya çempionatının üçüncü gününə yekun vuruldu - FOTO
Bakıda dünya çempionatının qalibləri mükafatlandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası















Misli Premyer Liqası