reklam
Açıq birinciliyin qalibləri müəyyənləşdi -
Sportfm.az xəbər saytı

Açıq birinciliyin qalibləri müəyyənləşdi -FOTO


Respublika Velotrekində “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmələr arasında trek velosipedi üzrə açıq birinciliyi keçirilib. Yarışda klub və cəmiyyətlərin 100-ə yaxın üzvü iştirak edib.

Sportfm.az xəbər verir ki, 15 yaşadək qızların 1 kilometr məsafəyə fərdi ötüşmə yarışında 7 saylı Olimpiya Məktəbinin nümayəndəsi Gülşən İsmayılova bütün rəqiblərini qabaqlamaqla birinci yeri tutub. Eyni yaş kateqoriyasında oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Mehran Əhmədzadə fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

U-17 yaş kateqoriyasında qızlar arasında Elfanə Camalova, oğlanların mübarizəsində isə Nikita Sitov hamıdan güclü olublar. Adları çəkilən idmançılar Respublika Olimpiya Velosiped Məktəbini təmsil edirlər.

On yeddi yaşadək qızların 5 kilometr məsafəyə dairəvi qrup ötüşməsində 7 saylı Olimpiya Məktəbinin yetirməsi Lalə Əbdürəhmanova bütün rəqiblərindən güclü olub. Nikita Sitov isə fərdi ötüşmədən savayı, 8,5 kilometr məsafəyə qrup ötüşməsində də çempionluq sevinci yaşayıb.

Qalib və mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Oxşar xəbərlər

Musa Azərbaycan çempionatının qalibidir
Velosipedçilərimiz karantində ilk yarışını keçirdi
Federasiya kuboku yarışlarının qalibləri bəlli oldu - FOTO
Velosiped idmanı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
Bakı çempionları müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər