İdmançılarımız Tbilisidə uğurla çıxış etdi -FOTO
Tbilisidə idmanın Stronqmen növü üzrə beynəlxalq turnir keçirilib.
Sportfm.az xəbər verir ki, turnirdə Azərbaycan, Ukrayna, Gürcüstan Ermənistan (İran idmançıları zədə səbəbindən yarışa gəlməyiblər) idmançıları əsasən 105 kiloqrama qədər və 105 kiloqramdan çox çəki dərəcələrində mübarizə aparıblar.
Ölkəmizi bu turnirdə 4 idmançı ilə təmsil edib.
Çəkisi 105 kiloqramadək olan idmançılar hər əlində 120 kiloqram olmaqla 240 kq ağırlığında çamadanları 40 metr məsafəyə, çiyinlərində 300 kq-lıq yükü 20 metr məsafəyə daşımaq, 60 kq-lıq qantelləri və 110 kq-lıq magistanı başları üzrə qaldırmaqla güclərini sınayıblar.
Çəkisi 105 kq-dan artıq olan idmançılar isə hər əlində 140 kiloqram olmaqla, 280 kq-lıq yükü 20 metr məsafəyə, 90 kq-lıq qantel və 130 kq-lıq magistaları başları üzərinə qaldırmaq, çiynində 400 kq ağırlığında yükü 20 metr məsafəyə daşımaqla güclərini sınayıblar.
Ümumi nəticələrə görə çəkisi 105 kiloqrama qədər olan idmançımız Aydın Hümbətov 2-ci yerə, ağır çəkili pəhləvanımız Razim Hüseynov isə son mərhələdə erməni idmançını üstələyərək 3-cü yerə sahib olub.
Digər idmançımız Elşən Ağayev isə (105 kq-a qədər) mübarizəni 4-cü yerdə başa vurub.
Oxşar xəbərlər
İdmançılarımız Antalyadan medallarla qayıdır
Atletlərimiz EYOF-a uğursuz start verdi
“Şən delfin” açıq Bakı yaz birinciliyinə yekun vuruldu - FOTO
Üzgüçülük üzrə “Qızıl balıq” açıq Bakı birinciliyinə yekun vuruldu
Azərbaycan atıcısı Tbilisidə keçirilən yarışlarda uğurla çıxış etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
XI turun oyun cədvəli - II Liqa
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO














Misli Premyer Liqası