Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan atıcısı Tbilisidə keçirilən yarışlarda uğurla çıxış etdi
Tbilisidə güllə atıcılığı üzrə beynəlxalq turnir keçirilib.
Sportfm.az xəbər verir ki, Şota Kveliaşvilinin xatirəsinə həsr olunmuş yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi Ruslan Lunyov pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq qalib adını qazanıb.
Güllə atıcımız sözügedən şəhərdə təşkil olunan açıq Gürcüstan çempionatında da bacarığını nümayiş etdirib və bu dəfə də mükafata sahib olub. Eyni silahdan eyni məsafəyə atəşaçma yarışında idmançımız gümüş medala (565 xal) layiq görülüb. Kişi-qadın cütlükləri arasında keçirilən mübarizədə isə Ruslan Lunyov 478 xalla yenidən liderliyə yüksəlib.
Oxşar xəbərlər
Atıcımız Avropa çempionu oldu
Daha bir idmançımız mübarizəni dayandırdı - Tokio-2020
Güllə atıcımızdan bürünc medal - Avropa çempionatı
İdmançımız beynəlxalq turnirdə qızıl medal qazandı - 241,7 xal
İdmançılarımız beynəlxalq yarışdan iki qızıl medalla qayıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası