Atletlərimiz EYOF-a uğursuz start verdi
Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletika yarışlarına start verilib.
Sportfm.az xəbər verir ki, Azərbaycanın 4 idmançısı mübarizəni erkən başa vurub.
Nüvə itələmə idman növündə çıxış edən Günel Hüseynova 12.20 metr nəticə ilə öz qrupunda 10-cu - sonuncu yeri tutub.
800 metr məsafəyə qaçışda çıxış edən Günel Manafova da öz qrupunda sonuncu olub. Atlet 2 dəq 42,84 saniyə ilə finiş xəttini 7-ci keçib.
100 metr məsafəyə qaçışda Aleksey Ələkbərov 11.43 saniyə ilə şəxsi nəticəsini yeniləsə də, finala adlaya bilməyib. Fəxriyyə Tağızadə də eyni məsafəyə qaçışda 12,27 saniyə ilə öz nəticəsini yaxşılaşdırsa da, mübarizəni erkən başa vurub.
Qeyd edək ki, atletikada bu gün 400 metr məsafəyə qaçışda Nika Məmmədova, uzunluğa tullanmada isə Məmmədağa Məmmədov çıxış edəcək. Hər iki atlet axşam saatlarında mübarizəyə qoşulacaq.
Oxşar xəbərlər
İdmançılarımız Antalyadan medallarla qayıdır
Bayraqdarımız məlum oldu - Tokio-2020
Ramil Quliyev finala çıxa bilmədi - Tokio-2020
Ramil Quliyev ikinci oldu
Quliyev Polşada bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası