Buryatiya şamanları Rusiya yığması üçün dua etdi
Buryatiya şamanları futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində Xorvatiya yığması ilə matçdan əvvəl Rusiya yığması üçün dua edirlər.
Sportfm.az xəbər verir ki, bu barədə məlumatı TASS informasiya agentliyi Ulan-Udedə şamanların “Tengeri” dini təşkilatının nümayəndəsi Lyudmila Daşitsırenovaya istinadla yayıb.
Daşitsırenova deyib: “Əlbəttə, Rusiya yığmasına azarkeşlik edirik. Düzdür, şamanlar məxsusi olaraq taylqan (kollektiv ibadət) üçün toplaşmayıb. Amma bildiyimə görə, bəzi şamanlar Rusiya komandası üçün bu çox mühüm oyundan əvvəl hökmən əcdadlara müraciət edir, “çiləmə” ayini icra edirlər”.
“Çiləmə” dedikdə şamanın küçəyə çıxıb torpağa süd çiləməsi ayini başa düşülür. Bununla o, mühüm hadisədən əvvəl ruhların rəğbətini qazanır. Rusiya yığmasının hər bir oyunundan əvvəl şamanlardan kimsə bu ayini icra edib.
Rusiya-Xorvatiya matçı bu gün Soçidə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oxşar xəbərlər
"Everton" da əməkdaşlığı dayandırdı - Rusiya şirkətləri ilə
Rusiya ilə oynamaqdan imtina etdilər - Norveç və Uels
Millinin oyunlarının başlama vaxtı açıqlandı
DÇ-2018: Sonuncu yarımfinalçı Xorvatiya oldu
Rusiya yığması futzal millimizi məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası