UCI Bakıda çəkilən fotoşəkili ayın fotosu elan etdi -FOTO
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) növbəti aylıq hesabat jurnalı işıq üzü görüb. Jurnal quruma üzv olan 190 milli federasiyaya göndərilib.
Sportfm.az xəbər verir ki, jurnalı bizim üçün əhəmiyyətli edən əsas məqam iyunun 5-9-da Bakıda keçirilən BMX üzrə dünya çempionatına geniş yer ayrılması və mundialda çəkilən fotoşəkilin UCI tərəfindən “Təşəkkürlər, Bakı! Bu heyranedici dünya çempionatı idi” adı altında ayın fotosu elan edilməsidir.
UCI prezidenti David Lappartienin milli federasiyalara ünvanladığı müraciətdə BMX üzrə Bakıda keçirilən dünya çempionatına da yer ayrılıb: “İyunun əvvəlində Bakıda keçirilən dünya çempionatı zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmək şərəfinə nail oldum. Apardığımız müzakirələr olduqca ümidvericidir və bu ölkədə velosipedin gələcəyi ilə bağlı nikbin düşünməyə əsas verir. Şübhəsiz, Azərbaycan hazırda özünü bu sahədə təsdiqləmiş ölkədir”.
Oxşar xəbərlər
Prezident Tomas Baxı qəbul etdi - FOTO
Ərdoğandan "Avro-2020" açıqlaması
Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul etdi
Bu gün Bakıda dünya çempionatı start götürəcək
Dünya çempionatının başlanmasına 100 gün qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026















Misli Premyer Liqası