“Keşlə” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq
Bakı toplanışını başa vuran “Keşlə” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununa hazırlığını davam etdirmək məqsədilə Türkiyəyə gedib.
Sportfm.az xəbər verir ki, iyulun 10-dək davam edəcək təlim-məşq toplanışında Bakı təmsilçisi 3 yoxlama matçı keçirməyi planlaşdırır.
Komandamız ilk yoxlama matçını iyunun 30-da Bolu vilayətində Bosniya və Herseqovinanın “NK Celik Zenica” komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
İkinci yoxlama matçında rəqibimiz “Levadia” komandası olacaq. Estoniya təmsilçisi ilə qarşılaşma iyulun 3-də Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq.
Toplanış çərçivəsində sonuncu yoxlama matçı iyulun 6-da keçiriləcək. Bu dəfə “Keşlə” İranın “Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma saatı hələ dəqiqləşməyib.
Oxşar xəbərlər
"Qarabağ"-"Auqsburq" matçının saatı bilindi - Yoxlama oyunu
"Keşlə" Təbriz klubu ilə oyun öncəsi məğlub oldu
“Keşlə” uduzdu
"Keşlə" ilk matçına çıxacaq
"Keşlə" Türkiyəyə yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası