reklam
Sportfm.az xəbər saytı

"Keşlə" Təbriz klubu ilə oyun öncəsi məğlub oldu


Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün növbəti yoxlama oyununa çıxıb. 

Sportfm.az xəbər verir ki, Yuri Maksimovun çalışdırdığı kollektiv ikinci sınaq matçında Estoniya təmsilçisi “Levadiya” ilə qarşılaşıb. 

Kızılcahamamda baş tutan oyun Bakı klubunun məğlubiyyəti ilə başa çatıb – 2:3. 

İlk hissədə "Keşlə" hesabı açıb. Qolun müəllifi braziliyalı müdafiəçi Denis Silva Kruz olub. "Keşlə"nin ikinci qolunun müəllifi Azər Salahlı olub. 

Xatırladaq ki, “Keşlə” Türkiyədəki ilk sınaq matçında Bosniya və Herseqovinanın “Çelik” klubuna 0:2 hesabıyla uduzmuşdu. 

“Keşlə” son yoxlama matçını iyulun 6-da İranın "Traktor Sazi" komandasına qarşı keçirəcək. 

Yoxlama oyunu

3 iyul 

"Keşlə" - "Levadiya" 2:3

Oxşar xəbərlər

Azərbaycan klubu "Keşlə"ni məğlub etdi
“Keşlə” uduzdu
“Keşlə” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq
"Keşlə" Türkiyəyə yollandı
"Keşlə"nin ukraynalı baş məşqçisi həmyerliləri ilə bacarmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər