Azərbaycan ağır atletləri beynəlxalq yarışlardan kənarlaşdırıldı
Oktyabrın 20-dən etibarən Azərbaycan və daha 8 ölkənin ağır atletlərinin bir il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmalarına dair qərar qüvvəyə minib.
Sportfm.az saytı "Report"a istinadən bildirir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) mətbuat xidməti məlumat yayıb.
Bu barədə qərar sentyabrın 30-da IWF-in İcraiyyə Komitəsinin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında qəbul olunub.
Buna 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 3-dən çox, daha dəqiqi 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub. Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna da analoji cəzaya məruz qalıb.
Bu ölkələr 28 noyabr - 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatına buraxılmayacaqlar.
Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.
Oxşar xəbərlər
Azərbaycan idmançısının cəza müddəti açıqlandı
Azərbaycan Ağır Atletika Federasiyası 50 min dollar cərimələndi
Ağır atletika yığmamız 1 illik diskvalifikasiya oluna bilər
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib
Dünya çempionumuzda dopinq aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası