Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cahangir Əsgərovun federasiyasında növbəti dopinq qalmaqalı
Ağır Atletika Federasiyası növbəti dəfə dopinqə görə cəzalanıb. Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılovun qanında qadağan olunmuş preparat aşkarlanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında məlumat verilib.
Dopinq-testi müsbət nəticə verən, orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri aşkarlanan İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.
İsmayılovun antidopinq qaydalarının pozuntusuna yol verib-vermədiyi sübuta yetirildikdən sonra müvafiq qərar açıqlanacaq.
Qeyd edək ki, Hüseyn İsmayılov (94 kq) 2017-ci ildə Albaniyanın Dürres şəhərində 20 və 23 yaşa qədər gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.
Xatırladaq ki, bir müddət əvvəl İsa Rüstəmov da dopinqə görə beynəlxalq qurum tərəfindən cəzalandırılıb. O sonuncu Avropa çempionatından sonra dopinqdə ilişib. Gənc atletin qanında dopinq tapılması nədənsə AAAF tərəfindən gizli saxlanılmağa çalışırdı.
(unikal.org)
Oxşar xəbərlər
Hüseyndən dopinq tapıldı
Braziliyalı futbolçuda dopinq aşkarlandı
Azərbaycan idmançılarında dopinq aşkarlanan növlər açıqlandı
Rio-de-Janeyro Olimpiya Oyunlarının qalibindən dopinq tapıldı
Rio-2016: Olimpiya Oyunlarında dopinq qalmaqalı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası