reklam
Qızıl medal qazanmış atletimizdə dopinq aşkarlandı
Sportfm.az xəbər saytı

Qızıl medal qazanmış atletimizdə dopinq aşkarlandı


"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin orqanizmindən istifadəsi qadağan olunmuş preparat aşkarlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Tofiq Heydərov yazıb.

İbrahimlinin özü isə Report-a açıqlamasında qısa danışıb: "Mən heç nə deməyəcəyəm. Yalnız onu bəyan edə bilərəm ki, İslamiadada layiqincə çıxış etmişəm".

Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Şəfəq Hüseynli isə məsələ barədə danışmaqdan imtina edib.

Qeyd edək ki, Anastasiya İbrahimli İslamiadada 69 kq çəki dərəcəsində iki hərəkətin cəmində 219 kq (birdən 100 kq, təkanla 119 kq) nəticə ilə qızıl medala sahib çıxıb.

Oxşar xəbərlər

İslamiadanın qalibi diskvalifikasiya edildi
Hüseyndən dopinq tapıldı
Azərbaycan İslamiadada 65-ci qızıl medalını qazandı
İslamiadada 45-ci qızıl medalı Patimat əldə etdi
Rio-de-Janeyro Olimpiya Oyunlarının qalibindən dopinq tapıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər