reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" iki gün dəniz qırağında, sonra meydançada


"Sumqayıt"ın 2018/2019 mövsümü üçün yay hazırlıq planı məlum olub. 

Sportfm.az xəbər verir ki, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında iyunun 27-də tibbi baxışdan keçəcək. Ardınca komanda iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq.  

"Kimyaçılar" iyunun 30-dan isə təlim-məşq toplanışına yığışacaq. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydançasında hazırlaşacaq. Hazırlığın ilk mərhələsində "gənclik şəhəri" təmsilçisi 2 yoxlama oyunu keçirəcək. 

Qeyd edək ki, "Sumqayıt" hazırlığın ikinci mərhələsini isə qonşu Türkiyədə keçirəcək. İyulun 16-dan 29-dək Boluya yollacacaq Nazim Süleymanovun rəhbərlik etdiyi komanda "Koru" hotelində məskunlaşacaq. Komanda Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. 

Oxşar xəbərlər

"Neftçi"nin hazırlıq planı bilindi
"Sumqayıt" Türkiyədə 3 komanda ilə qarşılaşacaq
"Sumqayıt" qış hazırlıq planını açıqladı
"Sumqayıt" getdi
"Sumqayıt" klubu qış hazırlıq planını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər