reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" Türkiyədə 3 komanda ilə qarşılaşacaq


"Sumqayıt"  artıq yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.

Sportfm.az klubun saytına istinadən xəbər verir ki,  baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 10-dək ölkə daxilində keçəcək. "Sumqayıt"  hazırlığın ikinci mərhələsini isə yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək. Komanda təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək.

"Sumqayıt" qonşu ölkədə 3 yoxlama oyunundə qüvvəsini sınayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.

Oxşar xəbərlər

"Sumqayıt"ın hazırlıq planı məlum oldu - İki yoxlama oyunu keçirəcək
"Sumqayıt" Macarıstan klubu ilə görüşəcək
"Sumqayıt" qış hazırlıq planını açıqladı
"Sumqayıt" klubu qış hazırlıq planını açıqladı
“Zirə”nin qış hazırlıq planı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər