Futzal Federasiyasına baş katib də "əl qatdı" -ÖZƏL
Son mövsümdə futzal üzrə ölkə çempionatlarının təşkilindəki çatışmamazlıqlar pik həddə çatdı. Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovun işində yol verdiyi xətalar, çempionatın təşkilinə başdansovdu yanaşması futzalsevərlərin və klubların narazılığına səbəb olub.
Sportfm.az saytının məlumatına görə, qurumun prezidenti Zaur Axundov da son mövsümdə onun işini bəyənməyib.
"Papağı qoyaram başıma, heç kim məni görməz, kefim nə istəyər eləyərəm" prinsipi ilə çalışan federasiyanın bəzi əməkdaşları yanılıblar.
Belə ki, AFF prezidenti ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov da bu işlərə birbaşa cavabdeh şəxs olan baş katib Mahmud Sadıqovun işindən narazıdı. Lisenziyalaşdırma qaydalarının heçə sayılması, iştirak ərizəsinin formal xarakter daşıdığı futzal çempionatlarındakı özbaşnalıq Məmmədovun da səbr kasasını daşırıb.
Məhz buna görə növbəti futzal mövsümündə Mahmud Sadıqovun səlahiyyətlərinin azaldılacağı və Məmmədovun istəyi ilə federasiyada yeni şəxsin peyda olacağı istisna deyil. Saytımıza daxil olan məlumata görə, artıq həmin şəxsin kimliyi də məlumdur. Bu AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvü Zaur Hacı-Məhərrəmovdur. Yaxşı deyiblər, "kor nə istər iki göz, biri əyri, biri düz" - təki futzalmız inkişaf etsin.
Oxşar xəbərlər
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək klub bilindi - Qərar
Futzal Federasiyasında yeniliklər - Zaur Hacı-Məhərrəmova vəzifə verildi
Futzal Federasiyasının "Qarabağ" hoqqası və ya "Energy" böhranı - ÖZƏL
Futzal Federasiyası komandaları necə aldatdı?
Mikayıl Cabbarov vitse-prezident və baş katibi işdən çıxardı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası