Futzal Federasiyasının "Qarabağ" hoqqası və ya "Energy" böhranı -ÖZƏL
Futzal üzrə Birinci Liqada pley-off matçlarının keçirilməməsinin səbəbi məlum olub.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, mövsümün əvvəlində Futzal Federasiyasının ortaya atdığı pley-off ideyasının suya düşməsinə səbəb "Qarabağ" klubu olduğu iddia edilir. Belə ki, çempionatın ilk dövrəsindən sonra lider olan bu komandanın rəhbərliyi federasiyaya müraciət edərək, pley-off söhbətinin ortadan qaldırılmasını istəyib. Onlar düşünüblər ki, bu vəziyyət mövsümün sonuna qədər davam edəcək. Qarşı tərəfin istəyini müsbət cavablayan federasiya rəsmiləri isə qış fasiləsindən sonra çətin duruma düşüb. Buna səbəb "Hell Energy" komandasının sürət yığaraq turnir cədvəlində "Qarabağ" arxada qoymasıdır. Hikmət Bağırovun rəhbərlik etdiyi klub gözəl oyunu ilə yanaşı qələbələri sıraladıqca, narahat olan Futzal Federasiyası bu dəfə yenidən pley-off söhbətini ortaya ataraq, onlara süni əngəl törətmək istəyib. Federasiyanın "Qarabağ"a görə pley-off mərhələsini ləğv etdiyindən xəbərdar olan "Hell Energy" rəhbərliyi qətiyyətlə federasiyasının "siçan-pişik" oyununa qarşı çıxıb. Onlar qış fasiləsində "Qarabağ"a verilən sözün yerinə yetirilməsini istəyib. Əsas məqsədi "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun qardaşı Kamran Sadıqovun rəhbərlik etdiyi komandanı Yüksək Liqaya çıxarmaq olan Azərbaycan Futzal Federasiyası bu əyri yollarla etmək istəyib.
Oxşar xəbərlər
Komandalar Yüksək Liqada oynamaq istəmir! - Federasiya dilə tutur
Futzal Federasiyası "Qarabağ"ı razı saldı - ÖZƏL
"Qarabağ" qaranlıq zaldakı mükafatlandırmaya gəlmədi - FOTO
Futzal Federasiyası komandaları necə aldatdı?
Lider və "Hell Energy" qalib gəldi, "Qarabağ" yenildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası