reklam
Boyankanın cəza müddəti başa çatdı
Sportfm.az xəbər saytı

Boyankanın cəza müddəti başa çatdı


Azərbaycan millisinin qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəza müddəti başa çatıb.

Sportfm.az xəbər verir ki, bolqarıstanlı legioner artıq yarışlarda iştirak edə bilər. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizi müsbət nəticə verdiyi üçün 10 iyun 2016-cı ildə 2 illik cəzaya məruz qalmışdı. Orqanizmindən dehidroxlormetiltestosteron (turinabol) və stanozolol tapıldığı üçün Kostova London olimpiadasında tutduğu 5-ci yerdən məhrum edilmişdi. 

Hazırda Bolqarıstanda olan 25 yaşlı idmançının Azərbaycan yığmasındakı gələcək karyerası hazırlıq durumundan asılıdır. O, məşqçilər korpusunu qane edəcəyi təqdirdə, heyətə cəlb ediləcək.

Qeyd edək ki, Azərbaycanın ən titullu qadın ağırlıqqaldıranı olan Kostova 58 kq çəki dərəcəsində dünya və üçqat Avropa çempionudur. O, həmçinin Bolqarıstan yığmasının heyətində Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olub.

Oxşar xəbərlər

Azərbaycan idmançısının cəza müddəti açıqlandı
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib
Atletimizin Olimpiadadakı nəticəsi ləğv edildi
Dünya çempionumuzda dopinq aşkarlandı
Yığmamıza cəza, cəza dalınca!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər