reklam
Avropa çempionatı:
Sportfm.az xəbər saytı

Avropa çempionatı:İki Azərbaycan güləşçisi yarımfinala yüksəldi


İstanbulda keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Güləşçilərimizdən ikisi – Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dolqatov (65 kq) yarımfinala yüksəlib. Yarımfinalda hər iki güləşçimizin rəqibi Almaniya idmançısı olacaq. Əfqan Xaşalov 1/4 finalda Ukrayna pəhləvanı Taras Markoviç üzərində 4:3 hesabı ilə qalib gələrək almaniyalı Viktor Lezin ilə qarşılaşacaq.

Ənvərbəy Dolqatov isə ardıcıl olaraq bolqarıstanlı Dimitar İvanovu (14:4), ukraynalı Andrii Sviridi (10:0) məğlub edərək, növbəti mərhələdə Almaniya təmsilçisi Nikitas Dorna qarşı mübarizə aparacaq.

Oxşar xəbərlər

Güləşçimiz finala vəsiqə qazandı - Avropa çempionatı
Dörd güləşçimiz yarımfinalda - Avropa çempionatı
Güləşçimiz Avropa Çempionatında finala çıxdı
Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
320 idmançının iştirak etdiyi Dünya Çempionatında 5 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər