320 idmançının iştirak etdiyi Dünya Çempionatında 5 medal
Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start götürüb.
Sportfm.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.
Yığmamızın üzvləri yarış gününü 1 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurub.
Qızıl medalı yığmamıza Qalib Əliyev (61 kq) qazandırıb. Sərbəst güləşçimiz finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.
Ağahüseyn Mustafayev (65 kq) həlledici görüşdə iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Coşqun Əzimov (70 kq) da bürünc medal qazanıb. Həlledici görüşdə o, polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edib.
Qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) isə gümüş medalla kifayətlənib.
Məlumat üçün bildirək ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir.
Oxşar xəbərlər
İstanbuldan Bakıya 2 qızıl medal gətirilir
Güləşçilərimiz Türkiyədə bürünc medal qazandı
Hərbçilərin Dünya çempionatından 11 medal
Son gündə 2 gümüş və 1 bürünc medal
Əşrəf Əliyev Litvada nə etdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası